Modern.az

Mirşahindən müxalifətə cavab - QALMAQAL

Mirşahindən müxalifətə cavab - QALMAQAL

Media

16 İyul 2013, 08:51

ANS Şirkətlər Qrupu bəzi müxalifət mətbuatını son vaxtlar ANS-lə bağlı uydurma məlumatlar yayamaqda ittiham edib. Anspress.com bildirib ki, ANS-in vitse-prezidenti Mirşahin Ağayev bu məlumatlara  cavab verib.Modern.az onun cavabını təqdim edir:

- Bu artıq neçənci seçki mövsümüdür ki, Azərbaycanın bir sıra siyasi qüvvələri ANS-ə informasiya vasitəsi tək yox, partiya kimi yanaşmağa başlayırlar. ANS-in işi və missiyası isə başqadır. Təvazökarlıqdan kənara çıxsaq da deməliyik ki, bütün seçkilərdə beynəlxalq müşahidəçilər ANS-in fəaliyyətini xüsusi qiymətləndiriblər. Ən azı ona əlahiddə abzas həsr ediblər, mövcud şəraitdə ən obyektiv və qərəzsiz olmaq nümunəsi tək təqdir ediblər. 

ANS rastlaşdığı bütün çətinliklərə və təzyiqlərə baxmayaraq cəmiyyətin real güzgüsü olub. Biz olanı göstəririk. Deməli göstərilmək üçün, ilk növbədə olmaq lazımdır. Məncə müxalifət lideri, müxalifətdə əldə etdiyi ən böyük staja baxmayaraq belə heç vaxt müxbirə perezidentin mobil telefonuna zəng edə bilərsən, xanım? Bəs onda mənə niyə zəng edirsən? Kimi məntiqsiz iradlar tutmamalıdır. Başa düşürəm ki, dəryada qərq olan gəmiləri ilə hər şeyini itirən Hacı Qəmbərin başına hava gələ bilərdi. Amma Hacı Qəmbər siyasətçi deyildi axı.

Son zamanlar müxalifət mətbuatında ANS-lə höcəşmələr yenidən artıb. Aydındır! Ola bilsin ki, kimlərsə ANS-i qaralamaqla, onu özündən çıxarmağa, tutduğu qərəzsiz informasiya yolundan daşındırmağa can atır. Və bütün bunlar da yəqin qəsdən edilir ki, biz acığa düşək və müxalifəti ümumiyyətlə göstərməyək, onlar da hər yerdə danışsınlar ki, Azərbaycanda demokratik mühit yoxdur. Amma biz bunu müxalifətə xoş, iqtidara naxoş olsun deyə etmirik, bu bizim borcumuzdur, biz sadəcə olaraq öz yolumuzdayıq. Böyük yolumuzda. Elə yolumuz böyük olduğundan da, bəzən qəzəblənib məhkəməyə verdiyimiz qəzetləri və saytları sonradan bağışlayırıq. Yazığımız gəldiyindən yox, hayıfımız gəldiyindən. Axı bu qəzetlər arasında, səhifələrində Azərbaycanın azadlığı uğrunda vuruşan Nəcəf Nəcəfov kimi insanların ruhu dolaşan qəzetlər da var… 

Deyirlər ki, məhəbbətin gözü kor olar. Bizcə məhəbbətin yox nifrətin gözü kor olur. Gözlərimizi nifrət tutmasın. Özü də dostlar, hələ hər şey itirilməyib. Məsələn, “Yeni Müsavat”-ın prezident İlham Əliyevi 10 ilin dövlət adamı kimi etiraf etməyə sevgisi, gücü və cəsarəti çatır. Necə deyərlər etiraf igidin yaraşığıdır. ANS-i özündən çıxarmağın yolları isə bizə çoxdan tanışdır. Nimdaş və əski texnologiyadır cənablar. Dəyişmək lazımdır, özünüzü dəyişə bilmirsinizsə, hakimiyyəti necə dəyişəcəksiniz? Zor olmaz?!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi