Fövqəladə Hallar Nazirliyinə (FHN) Lənkəran rayonunun Gəgiran kənd sakini Orucov Nürəddin Qafar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Bu barədə "Modern.az"a FHN-dən məlumat verilib.
Qeyd olunub ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Gəgiran kənd sakini Orucov Nürəddin Qafar oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.