Modern.az

Güclü külək və leysan FƏSADLAR TÖRƏTDİ

Güclü külək və leysan FƏSADLAR TÖRƏTDİ

Hadisə

18 İyun 2023, 14:14

Qərb bölgəsinin dağlıq rayonlarında və Gəncə şəhərlərində hökm sürən qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib.

 

Modern.az xəbər verir ki, Daşkəsən, Gədəbəy, Göygöl Şəmkir rayonlarında həmçinin, Gəncə şəhərinə leysan yağıb. Güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti əkin sahələrinə, meyvə ağaclarına və digər təsərrüfatlara ciddi ziyan vurub. Ucqar kəndlərə dolu düşüb, bəzi kəndlərin ərazilərindən sel keçib. Yaxış suları səbəbindən Gəncə şəhərinin bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.

 

Qeyd edək ki, bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər