Modern.az

Britaniya kibermüdafiə üçün Ukraynaya YARDIM EDƏCƏK

Britaniya kibermüdafiə üçün Ukraynaya YARDIM EDƏCƏK

Dünya

18 İyun 2023, 17:24

Böyük Britaniya kibermüdafiə sistemini gücləndirmək üçün Ukraynaya 16 milyon funt sterlinq (20,48 milyon dollar) maddi vəsait ayıracaq.

 

Modern.az xarici KİV-ə istinadən yazır ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib. “Bu qərar Ukraynanın keçən il vəd etdiyi 6,35 milyon funt-sterlinqə əlavə olaraq Rusiyaya qarşı növbəti əks-hücum əməliyyatına başladığı bir vaxta təsadüf edir. Daha 9 milyon funt-sterlinq potensial olaraq beynəlxalq müttəfiqlərdən gələ bilər”, - deyə Sunak bildirib.

 

Qeyd olunub ki, yardım paketi Ukrayna əsgərlərinin Rusiya ordusunun müvəqqəti işğal olunmuş ərazilərdən sıxışdırmağa davam etdiyi bir vaxtda Ukraynaya mühüm infrastrukturu Rusiyanın hücumlarından qorumaqda kömək edə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi