ABŞ Dövlət katibi Entoni Blinken Pekində çinli həmkarı Qin Qanqla görüşüb.
Modern.az xəbər verir ki, görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
Qin Qinq görüşdən sonra ABŞ-Çin münasibətlərinin qurulduğu gündən bəri ən aşağı səviyyəyə çatdığını bildirib. Nazir Vaşinqtonun Pekinə qarşı “obyektiv və rasional mövqe” quracağına ümid etdiyini vurğulayıb.
“Hazırda Çin və ABŞ arasında münasibətlər ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından bəri ən aşağı səviyyədədir. Bu, Çin və Birləşmiş Ştatlar xalqlarının maraqlarına uyğun deyil”, - o deyib.
Entoni Blinken görüşdə qeyd edib ki, Amerika tərəfi beynəlxalq nizamın qurulmasına çalışmaqla yanaşı, öz ölkəsinin və vətəndaşlarının maraqlarını müdafiə edəcək.