ABŞ Çinlə elmi-texniki sahədə əməkdaşlığa dair sazişin taleyini müzakirə edir.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Nəşr yazır ki, ABŞ hakimiyyəti sazişin şərtlərinə yenidən baxmağı və ya onu ləğv etməyi düşünür.
Qeyd olunur ki, sənədin müddətinin uzadılmasının tərəfdarları əmindirlər ki, razılaşmada fasilə yaranarsa, akademik və kommersiya əməkdaşlığı dayandırılacaq.
Çinin Vaşinqtondakı səfirliyindən agentliyə bildiriblər ki, bu məsələ ilə bağlı ABŞ hökumətində aparılan müzakirələrdən xəbərdardırlar.