Futbol üzrə İspaniya milli komandası Millətlər Liqasının finalında Xorvatiyaya penaltilər seriyasında qalib gəlib.
Modern.az xəbər verir ki, görüş Rotterdamda baş tutub.
Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında ispanlar 5:4 hesabı ilə üstünlük qazanıb. İspaniya millisi ilk dəfə turnirin qalibi olub.
Daha əvvəl Millətlər Liqasının qalibi Portuqaliya (2019) və Fransa (2021) olub.
Qeyd edək ki, növbəti Millətlər Liqasının 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər keçirilməsi planlaşdırılır.