“Növbəti prezident seçkiləri də uğurla başa çatacaq və dövlətimizin başçısı İlham Əliyevin qələbəsini andiçmə mərasimində qeyd edəcəyik”. Modern.az bildirir ki, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Vaqif Mustafayevin mərhum prezident Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Ata yolu” filminin ilk təqdimatında çıxış zamanı deyib.
Ə.Həsənov qeyd edib ki, prezident İlham Əliyevin yürütdüyü siyasət hədəfi bəlli, məqsədləri aydın olan, xalq tərəfindən dəstəklənən və onu həyata keçirənlərin iradəsinə söykənən bir siyasətdir.
Qarşıdan prezident seçkilərinin gəldiyini diqqətə çatdıran Ə.Həsənov deyib ki, bütün Azərbaycan vətəndaşları, xarici ölkələrdə yaşayan bütün soydaşlarımız bu uğurlu siyasətin davamına öz töhfələrini verəcəklər.
Modern.az