Modern.az

Qandonduran hadisə: 4 nəfəri öldürüb soyuducuda gizlətdi

Qandonduran hadisə: 4 nəfəri öldürüb soyuducuda gizlətdi

Hadisə

19 İyun 2023, 10:19

Türkiyənin İzmir şəhərində evlərin birində dərin dondurucudan 4 insan cəsədi tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə İzmir valiliyi məlumat yayıb.

 

Bildirilir ki, tapılan 4 cəsəddən 3-ü qadın, 1-i kişidir.

 

Hazırda polis tərəfindən hadisə ilə bağlı araşdırma aparılır. Cinayəti törətməkdə şübhəli bilinən Türkmənistan vətəndaşının tutulması istiqamətində işlər görülür. Qətlə yetirilən şəxslərin də Türkmənistan vətəndaşları olduğu bildirilir.

 

Cinayətin təfərrüatı açıqlanmayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal