Türkiyənin Adana vilayətində yenidən zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Saimbeyli rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 10.2 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.