Modern.az

İYİ Partiyada daha bir İSTEFA

İYİ Partiyada daha bir İSTEFA

Dünya

19 İyun 2023, 10:48

Türkiyədə müxalif İYİ Partiyanın qurucularından olan Taylan Yıldız partiyadan istefa verdiyini açıqlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, namizədlərin seçimi məsələsində partiyanı tənqid edib.

 

"Hansı namizədin daha çox səs toplaya biləcəyini hesablamırıq. Üzvlərdən soruşulduğunu deyirik, amma məhdud iştirakçılıqla və ciblərdəki ad siyahısı ilə partiyadaxili demokratiyaçılıq oynayırıq. Qurucularından olduğum İYİ Partiya üzvlüyündən istefa verirəm", - o qeyd edib.

 

Xatırladaq ki, bundan əvvəl də partiya vitrininə daxil olan bir neçə siyasətçi İYİ Partiyadan istefa vermişdilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI