Modern.az

ABŞ-da şənlik zamanı atışma - 1 ölü, 10 yaralı

ABŞ-da şənlik zamanı atışma - 1 ölü, 10 yaralı

19 İyun 2023, 11:00

ABŞ-ın Sent-Luis şəhərində şənlik zamanı atışma baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

 

Məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb. Ölən şəxs və 7 yaralı azyaşlıdır.

 

Hadisə yerindən bir neçə odlu silah və mərmi, o cümlədən tüfənglər üçün giliz tapılıb. Atışmada şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb. Hadisənin iddia edilən motivləri məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi