Modern.az

Putin və Zelenski buna razılaşıb - CAR prezidenti

Putin və Zelenski buna razılaşıb - CAR prezidenti

Dünya

19 İyun 2023, 11:24

"Ukraynadakı hərbi əməliyyatlar diplomatik danışıqlardan sonra başa çatdırılmalıdır".

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa deyib.

 

Ramafosa vurğulayıb ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski münaqişənin həlli üçün Afrika liderləri ilə gələcək əməkdaşlığa razılaşıblar.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI