Modern.az

Xəritələr üzrə hələ də razılıq yoxdur - Mirzoyanın müavini

Xəritələr üzrə hələ də razılıq yoxdur - Mirzoyanın müavini

Dünya

19 İyun 2023, 12:24

"Azərbaycanla delimitasiya prosesi ilə bağlı xəritələr üzrə hələ də razılıq yoxdur". 

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan brifinqdə bildirib.

 

O qeyd edib ki, İrəvan və Bakı arasında bir sıra əsas məsələlər, o cümlədən sərhədlərin delimitasiyasının hansı ilin xərtiəsi əsasında aparılmalı olduğu hələ razılaşdırılmayıb.

 

"Tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır, lakin iş davam edir", - deyə o, fikrini yekunlaşdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI