Modern.az

Rusiyanın Qafanda konsulluq açmasını alqışlayırıq - Kostanyan

Rusiyanın Qafanda konsulluq açmasını alqışlayırıq - Kostanyan

Dünya

19 İyun 2023, 12:54

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Rusiya Federasiyasının Qafanda baş konsulluğunun açılmasını dəstəkləyib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, xarici işlər nazirinin müavini bu barədə parlamentdə jurnalistlərə müsahibəsində danışıb.

 

"Bu, yerlərdə vəziyyətlə daha yaxından tanış olmağa kömək edəcək. İrəvan beynəlxalq tərəfdaşlarımızın Sünik bölgəsində (Zəngəzur - red.) diplomatik nümayəndəlik açmaq marağını və istəyini alqışlayır", - XİN başçısının müavini qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI