Modern.az

AXCP Maştağada qurultay keçirəcək

AXCP Maştağada qurultay keçirəcək

19 İyun 2023, 13:36

İyunun 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) VII qurultayı keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə partiyanın Ali Məclisinin sədri Nurəddin Məmmədli feysbuk səhifəsində paylaşım edib.

 

"Qurultayın Təşkilat Komitəsi tədbirin MME-də iyunun 24-də saat 10.00-da keçirilməsinə dair qərar qəbul etdi. Təəssüf hissi ilə bildirirəm ki, yerin məhdud olması səbəbindən digər partiyaların və ictimai təşkilatların təmsilçilərini dəvət edə bilmirik. Bütün nümayəndələrin iştirakı zəruri, jurnalistlərin iştirakı azaddır", - o qeyd edib.

 

Maştağa Mədəniyyət Evində baş tutacaq tədbirdə hesabatlar dinləniləcək, Ali Məclisin və MNTK-in yeni tərkibi seçiləcək, o cümlədən, ictimai-siyasi hadisələrə münasibət bildiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular