Modern.az

Erməni deputat Sarkisyanı tənqid atəşinə tutdu - Macarıstana görə

Erməni deputat Sarkisyanı tənqid atəşinə tutdu - Macarıstana görə

Dünya

19 İyun 2023, 13:52

"Macarıstanla diplomatik münasibətlərin dayandırılması Serj Sarkisyanın qeyri-uzaqgörən qərarı olub".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın hakim partiyasından olan deputat  Qurgen Arsenyan parlamentdə xarici əlaqələr komissiyasının iclasında bildirib.

 

"Macarıstan xalqının bu ölkə hökumətinin qərarları ilə heç bir əlaqəsi yoxdur. Əgər siz öz mənfi münasibətinizi bildirmək istəyirsinizsə, o zaman bunu xalqa deyil, ölkə rəhbərinə bildirməlisiniz. Diplomatik münasibətlərin kəsilməsi iki xalq arasında əlaqələrin kəsilməsi deməkdir. Diplomatik fəaliyyətsizliyə Macarıstan tərəfinin hansısa qəbuledilməz hərəkətə yol verməsi faktı ilə haqq qazandırmaq olmaz”, - o qeyd edib.

 

Xatırladaq ki, rəsmi Budapeşt Ramil Səfərovu Bakıya ekstradisiya etdikdən sonra Ermənistan Macarıstanla əlaqələri dayandırıb. Bu ilin mayında 11 illik fasilədən sonra Ermənistan Macarıstana səfir təyin edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI