Modern.az

Almatıda Mərkəzi Asiya və Qafqaz forumu baş tutub 

Almatıda Mərkəzi Asiya və Qafqaz forumu baş tutub 

Dünya

19 İyun 2023, 14:36

Almatıda Mərkəzi Asiya və Qafqaz ölkələrinin forumu keçirilib.

 

Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Almatıda Mərkəzi Asiya və Qafqaz ölkələrini, həmçinin Monqolustan və Əfqanıstan da daxil olmaqla 10 ölkəni təmsil edən 200 iştirakçı region çərçivəsində sıx əməkdaşlıq perspektivlərini müzakirə edib.

 

Qazaxıstan ikinci dəfədir ki, foruma ev sahibliyi edir, birinci tədbir 2014-cü ildə olub.

 

Tədbirdə qlobal təchizat zəncirlərinin yenidən qurulmasına toxunulub. Ukraynadakı müharibə və çoxlu sayda beynəlxalq şirkətin Rusiya Federasiyasından çıxarılması diqqəti cəlb edib. Bu şirkətlərin əsas ofisləri əvvəllər Moskvada yerləşirdi və məhsullarını, o cümlədən Mərkəzi Asiya və Qafqaz ölkələrinə tədarük edirdilər.

 

İştirakçılar regionun bütün dövlətlərinin iqtisadiyyatının inkişafına töhfə verə biləcək və onu Çin ilə Qərb arasında əsas tranzit dəhlizinə, həmçinin regionu “yaşıl enerji”nin inkişafı mərkəzinə çevirə biləcək yaxınlaşmanı müzakirə ediblər. İştirakçıların fikrincə, yeni regional blokun əsas ölkələri Qazaxıstan, Özbəkistan və Azərbaycan olmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI