İrəvanda vəkillər növbəti etiraz aksiyası zamanı Ermənistanın baş prokuroru Anna Vardapetyana televizor “hədiyyə ediblər”.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, aksiya iştirakçılarından biri Varazdat Arutyunyan bunu Anna Vardapetyanın vəkillərə qarşı zorakılığa biganəliyi ilə bağlı simvolik hədiyyə adlandırıb.
O qeyd edib ki, televiziyada təkcə İctimai TV-yə deyil, digər kanallara da baxmaq olar: "Belə hadisələrdən xəbərdar olmaq üçün".
Bundan əvvəl vəkil Karen Alaverdyan bildirib ki, İrəvanda polis idarələrindən birində hüquq-mühafizə orqanları müvəkkilinin maraqlarını müdafiə edən zaman onu döyüblər. Daha əvvəl isə 2 vəkil zorakılığa məruz qalıb.