Ermənistan parlamentinin müxalifət fraksiyaları olan "Hayastan" və "Şərəfim var" 44 günlük müharibəni araşdıran istintaq komissiyasının iclasında iştirak etməyəcəklər.
Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə hər iki fraksiyanın birgə açıqlaması yayılıb.
Açıqlamada qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak edəcəyi toplantıya müxalifət fraksiyalarının deputatları qatılmayacaqlar.