Modern.az

Bakıda DYP-nin nəzarətində cəmi 11 dayanacaq var

Bakıda DYP-nin nəzarətində cəmi 11 dayanacaq var

Təhsil

16 İyul 2013, 14:14

Hər gün üzərinə DYP (Dövlət Yol Polisi) yazılmış evakuator təyinatlı maşınların yedəklərində şəxsi avtomobillər daşıması Bakıda artıq adi hala dönüb.  

İnzibati Xətalar Məcəlləsinin 407-ci və “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydaları  pozulduğu halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə), həmçinin bu Məcəllənin 406.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanıla bilər.

Maddənin tələblərinə nəzər saldıqda orada avtomobilin yalnız onun sahibinin olmadığı halda evakuatorla “cərimə meydançası”na aparıla biləcəyi qeyd edilir.

Təbii ki, paytaxtda qadağan olunmuş yerdə dayanan və tıxac yaradan avtomobillərin evakuasiya edilməsi gərəklidir. Amma bir də görürsən ki, əlinin papağını vəlinin, vəlinin papağını isə əlinin başına qoyurlar. Yəni cərimə cərimə olunan maşın müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında yox, tamam başqa əraziyə aparılır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az-a bildirib ki, paytaxtın hər rayonunda bir cərimə meydançası var. Onun sözlərinə görə, Bakı ərazisində 11 müvəqqəti mühafizə olunan dayanacaq var. “Hər bir rayon ərazisində müvəqqəti mühafizə olunan dayanacaq var. Bu da ondan ibarətdir ki, yol polisi əməkdaşı fəaliyyəti çərçivəsində törədilmiş inzibati xətaların qarşısının alınması məqsədilə rast gəldikləri və kənarlaşdırılması məqsədilə avtomobilləri cərimə meydançasına qoyması üçün nəzərdə tutulub. Hər rayonda bir cərimə meydançası olmalıdır. Amma iki rayonun cərimə meydançası bir-birinə yaxın da ola bilər. Bu o demək deyil ki, bir rayonunun ərazisində 2 cərimə meydançası var”, – deyə Vaqif Əsədov bildirib.

Gültəkin ƏLƏSGƏR  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım