Şimali Atlantika Alyansı (NATO) Ukraynada müharibənin dondurulmasının və Rusiyanın şərtləri ilə saziş imzalanmasının əleyhinədir.
Modern.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Hamımız münaqişənin sona çatmasını istəyirik, lakin ədalətli sülh müharibənin dondurulmasını və Rusiyanın diktə etdiyi sazişi nəzərdə tuta bilməz”, - deyə NATO rəhbəri bildirib.