Modern.az

Türkiyədə gün ərzində 7-ci ZƏLZƏLƏ

Türkiyədə gün ərzində 7-ci ZƏLZƏLƏ

Dünya

19 İyun 2023, 22:46

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.7 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Qeyd edək ki, bundan əvvəl gün ərzində Türkiyədə və sahillərində gücü 4 baldan çox olan 6 zəlzələ baş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi