Modern.az

Qazaxıstan və Almaniya prezidentləri görüşüb

Qazaxıstan və Almaniya prezidentləri görüşüb

20 İyun 2023, 09:52

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana səfəri çərçivəsində Prezident Kasım-Jomart Tokayevlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, Tokayev alman həmkarı ilə siyasi dialoqun gücləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetiriblər.

 

Tərəflər həmçinin, beynəlxalq və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Bildirilib ki, ölkə başçıları arasında danışıqlar dostluq şəraitində keçib, konstruktiv və mənalı olub və ikitərəfli iqtisadi gündəliyin bir sıra sahələrində əməkdaşlığın qurulmasına dair razılıqlar əldə olunub.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi