Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfərə gəlib. Modern.az-ın məlumatına görə, hazırda Bakıda olan Türkiyə XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə iftar mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Əhməd Davutoğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.
Həmçinin Ə.Davudoğlunun sabah azərbaycanlı media nümayəndələri üçün mətbuat konfransı keçirəcəyi də gözlənilir.
Modern.az