Modern.az

Avropa Oyunlarında iştirak edəcək komandamız yola salındı

Avropa Oyunlarında iştirak edəcək komandamız yola salındı

İdman

20 İyun 2023, 13:40

Hazırda nazirliyin qarşısında bayram əhval-ruhiyyəsi hiss olunur, III Avropa Oyunlarında iştirak edəcək komandamız artıq yola düşür.

 

Modern.az xəbər verir ki, bu sözləri Gənclər və idman naziri Fərid Qayıbov III Avropa Oyunlarına yola düşən idmançılarımızın səfəri münasibətilə nazirliyin inzibati binasında təşkil olunan tədbirdə deyib.

 

“Avropa Oyunlarında bizim böyük heyətimiz iştirak edəcək. Bütün idmançılarımıza uğurlar arzu edirəm. İdmançılarımızın hər biri bu yarışlara böyük səylə hazırlaşıb. Biz onlara inanırıq”, - deyə nazir əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM