Ermənistanda 44 günlük müharibəni araşdıran komissiyanın bugünkü iclası başa çatıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, toplantı iyunun 27-də sual-cavab formatında davam edəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan özünün də iştirak etdiyi iclasla bağlı bildirib ki, ictimaiyyətə açıqlanmayan məsələlər bağlı qapılar arxasında müzakirə olunacaq.
Qeyd edək ki, bugünkü toplantıda Paşinyan bir sıra mühüm açıqlamalar verib.