Türkiyə xarici işlər naziri Hakan Fidan Britaniyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 21-22 iyun 2023-cü il tarixlərində Londonda keçiriləcək Ukraynanın Bərpası Konfransında iştirak edəcək.
Konfrans çərçivəsində nazirin ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.