Modern.az

Sakinləri balkonlardan asılan paltarlara görə cərimələyirlər

Sakinləri balkonlardan asılan paltarlara görə cərimələyirlər

Təhsil

16 İyul 2013, 16:57

Rusiyanın Soçi şəhərində asimmetrik kondisionerlərə və balkonlardan asılan paltara görə cərimələr tətbiq olunub. Modern.az-ın xəbərinə görə, bu barədə “SoçiBloqu” xəbər portalının baş redaktoru Aleksandr Valov məlumat verib.

  "Bu məlumatlar tamamilə rəsmidir, Soçi administrasiyanın saytında verilib. Cərimələr binalarda simmetrik quraşdırılmayan kondisionerlərə və  binalarda pəncərələrin qarşısında asılan yuyulmuş paltarlara görə tətbiq edilir. 50 rubldan 1500 rubla qədər. Əhali şoka düşüb” – deyə Valov bildirib ki, Soçi administrasiyanın özünün binasında heç kondisionerlər simmetrik quraşdırılmayıb.

Qeyd edək ki, Soçidə 2014-cü il fevralın 7-dən 23-dək Qış Olimpiya Oyunları keçiriləcək.  

Belə bir qadağa Azərbaycanda da tətbiq olunur. Naxçıvar MR Ali Məclisinin sədri Vasif Talıbovun göstərişinə əsasən, Naxçıvan şəhərində yaşayış binalarının eyvanından yuyulmuş paltarların asılması qadağandır.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım