Modern.az

Təhsil Nazirliyi müəllim ixtisasına qəbulu azaltmaq istəyir - AÇIQLAMA

Təhsil Nazirliyi müəllim ixtisasına qəbulu azaltmaq istəyir - AÇIQLAMA

Təhsil

16 İyul 2013, 17:08

“Hazırda Təhsil Nazirliyində gələcəkdə orta ixtisas təhsili müəssisələrində - kolleclərdə müəllim hazırlığının azaldılması ilə bağlı məsələlərə baxılır”.

Bu sözləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin Strateji Təhlil, Planlaşdırma və Kadrların İdarəolunması şöbəsinin müdiri Fərzəli qədirov deyib. O qeyd edib ki, ali təhsil müəssisələrində müəllim hazırlayan ixtisasların azaldılması nıəzərdə tutulmur.

“Ali təhsildə müəllim hazırlığının çox olduğunu deməzdim. Bu da bir peşədir. Və müsabiqə əsasında işə qəbul aparılır. İkinci tərəfdən müəllim peşəsinə yiyələnlərin heç də hamısı məktəblərdə müəllim işləmir, onlar özlərinə başqa sahələrdə də iş tapırlar”.

Fərzəli Qədirov deyib ki, hər tədris ilində 500-dən çox müəllim yaşı çatdığı üçün təqaüdə göndərilir.

Onun sözlərinə görə, 65 yaşına çatmış müəllimlərin təqaüdə göndərilməsi prosesi davam edir.
 
“65 yaşına çatan müəllim və ya məktəb direktoru müəyyən instansiyalara müraciət edirlər. Əgər bu müəllimdirsə, rayon Təhsil şöbəsi ilə direktor bu məsələyə birlikdə baxır. Hər bir müəssisə üçün 2 faizlik limit müəyyənləşdirilib. Əgər məktəbdə müəllimə ehtiyac duyulursa və kifayət qədər dərs yükü varsa, həmin müəllimlə əlavə müqavilə bağlanılır və o işini davam etdirir. Əgər belə bir imkan yoxdursa, onda onlarla müqaviləyə xitam verilir”.

F.Qədirov qeyd edib ki, hazırda 65 yaşı tamam olmuş ancaq müqavilə ilə məktəbdə işləyən müəllimlərim limit çərçivəsində çoxdur.

“Ancaq hər tədris ilində biz bilirik ki, 500-dən çox müəllim yaşı çatdığı üçün təqaüdə göndərilir”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım