Modern.az

5 nəfərin qatili ictimaiyyət qarşısında edam edildi

5 nəfərin qatili ictimaiyyət qarşısında edam edildi

20 İyun 2023, 15:34

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı Lağman əyalətində bir nəfəri ictimaiyyət qarşısında edam edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Əfqanıstan Ali Məhkəməsi edam edilən şəxsin beş nəfərin qətlində təqsirli bilindiyini açıqlayıb.

 

Edam hökmü "Taliban" rəsmilərinin iştirakı ilə həyata keçirilib və qeyd olunub ki, cəza şəriət qanunlarına uyğun icra edilib.

 

Bildirilir ki, bu, 2021-ci ildə "Taliban"ın hakimiyyəti ələ keçirməsindən sonra ikinci rəsmi edamdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi