Türkiyədə müxalif İYİ Partiyanın sədri Meral Akşener həftəsonu keçiriləcək qurultayda partiyanın "Millət İttifaqı"ndan ayrıldığını elan edəcək.
Modern.az xəbər verir ki, bu barədə məşhur jurnalist İsmail Saymaz mənbələrinə istinadla məlumat verib.
O qeyd edib ki, Akşener İYİ Partiyanın gələn il baş tutacaq bələdiyyə seçkilərinə müstəqil şəkildə qatılacağını da açıqlayacaq.
"Belə olan halda İstanbul, Ankara, Hatay, Adana və Antalyada müxalifətin qələbəsi xeyli riskli hala gəlir", - jurnalist yazıb.