Modern.az

Ümid edirəm ki, İrəvan və Bakıdakı tərəfdaşlarımız bunu başa düşürlər - Lavrov

Ümid edirəm ki, İrəvan və Bakıdakı tərəfdaşlarımız bunu başa düşürlər - Lavrov

Dünya

20 İyun 2023, 16:52

"Qərbin Bakı ilə İrəvan arasında sülh prosesinə kömək etmək üçün səmimi istəyi yoxdur".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Minskdə keçirilən KTMT XİN başçıları toplantısından sonrakı mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

"Qərbin hərəkətləri onun NATO üzvlərinin və Aİ üzvlərinin sərhədlərindən uzaq olan regionlara genişlənmək istəyini əks etdirir və bunun vəziyyətin sabitləşməsinə kömək etmək üçün səmimi istəklə heç bir əlaqəsi yoxdur. Bizim İrəvan və Bakıdakı tərəfdaşlarımız, ümid edirəm ki, bunu başa düşürlər. Biz ən azı onlarla açıq şəkildə baş verənləri müzakirə edirik. Rusiya digər beynəlxalq oyunçuların vasitəçilikdə əlini sınamasına qarşı deyil. Əsas odur ki, bu vasitəçilik erməni və Azərbaycan xalqlarının, Ermənistan və Azərbaycan dövlətlərinin maraqlarının balansını əks etdirəcək razılaşmaların təmin edilməsi məqsədini güdməlidir”, - o qeyd edib.

 

"KTMT-yə kiməsə qarşı çıxan blok statusu vermək lazım deyil. Hesab edirəm ki, KTMT üzv ölkələrin təhlükəsizlik maraqlarını təmin edəcək şəkildə inkişaf edir. Uzun illər əvvəl KTMT NATO-ya etimadın artırılması, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və mürəkkəb problemlərin həlli yollarının tapılması məqsədilə işçi əlaqələr qurmağı təklif edib, lakin “təkəbbürlü imtina” alıb", - Lavrov söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI