Modern.az

Azərbaycanda 4 abituriyent 700 bal topladı

Azərbaycanda 4 abituriyent 700 bal topladı

Təhsil

16 İyul 2013, 18:47

III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 4 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplaylıb. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

Bildirilib ki, imtahan nəticələri bir azda TQDK-nın rəsmi saytına yerləşdiriləcək.

Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola biləcəklər. 

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727  nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər. 

III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 28944  abituriyentdən  1125 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən  27819 abituriyentdən 25 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

III  ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər: 

Ümumi balı 250 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar. 

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. 

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində    dəyişiklik edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcəkdir.   

10153 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıblar. 4 nəfər maksimal nəticə - 700 bal toplayıb.  

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 6-dan avqustun 15-dək "Abituriyentin elektron ərizəsi"ndə qəbul olmaq istədikləri ixtisasları seçib təsdiq etməlidirlər.      

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım