Modern.az

Almaniya əhalisi son 30 ildə ilk dəfə 1 milyon artıb

Almaniya əhalisi son 30 ildə ilk dəfə 1 milyon artıb

20 İyun 2023, 23:02

Almaniyanın əhalisi 2022-ci ildə 1,3% və ya 1 milyon nəfərdən çox artıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Federal Statistika İdarəsi məlumat yayıb.

 

Bildirilir ki, artım əsasən Ukraynadan gələn miqrantların hesabına baş verib. "Bloomberg" agnetliyi qeyd edir ki , Almaniya əhalisinin belə artım dinamikası son 30 ildə ilk dəfə qeydə alınıb.

 

2022-ci ilin sonunda Almaniyada 84,4 milyon insan, o cümlədən 12,3 milyon əcnəbi yaşayırdı. Xarici vətəndaşların xüsusi çəkisi əvvəlki illə müqayisədə 13,1%-dən 14,6%-ə yüksəlib. Eyni zamanda, ölüm səviyyəsinin artması səbəbindən Almaniya vətəndaşlarının sayı 0,4% və ya 309 min nəfər azalıb.

 

Əcnəbilərin əksəriyyəti Türkiyə (1,34 milyon), Ukrayna (1,05 milyon) və ya Suriya (883 min) vətəndaşıdır. 2022-ci ildə ən çox miqrant Ukraynadan gəlib - 915 min nəfər. İlin sonuna qədər Almaniyada yaşayan ukraynalıların sayı ilin əvvəlindəki rəqəmlərlə müqayisədə altı dəfə artıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi