Modern.az

Ukraynada ölən mülki şəxslərin sayı 9 mini ÖTDÜ

Ukraynada ölən mülki şəxslərin sayı 9 mini ÖTDÜ

20 İyun 2023, 23:59

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Ukraynada ölən mülki əhali ilə bağlı statistik məlumatları yeniləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Komissarlığın sosial media hesabında məlumat yayılıb.

 

İyunun 18-nə olan məlumata görə, 2022-ci il fevralın 24-dən bəri Ukraynada 9083 mülki şəxs ölüb, daha 15790 nəfər yaralanıb.

 

BMT-nin hesabatına əsasən, Ukraynanın nəzarətində olan hissəsində 4105 nəfər həlak olub, 5861 nəfər yaralanıb. İşğal altında olan ərazilərdə isə 718 nəfər ölüb, 2521 nəfər yaralanıb.

 

Bildirilib ki, real rəqəmlər daha çox ola bilər, çünki şiddətli döyüşlərin getdiyi bir neçə bölgədən ölən və yaralılar barədə məlumat gecikir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi