Britaniya kralı III Çarlz Londondakı Müqəddəs Ceyms sarayında çərşənbə günü keçiriləcək Ukraynanın bərpasına dair konfransın iştirakçılarını qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Çarlz Ukraynanın Baş naziri Denis Şmiqal, ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və başqaları ilə görüş keçirib.
İki gün davam edəcək konfransda Rusiya ilə müharibədən sonra Ukraynanın bərpası müzakirə olunacaq.
2022-ci ildə İsveçrədə keçirilən analoji konfransda Ukraynanın müharibədən sonrakı yenidən qurulması prosesinin əsasını qoyan Luqansk prinsipləri qəbul edilib.
Müqəddəs Ceyms Sarayında Denis Şmıqal krala İlan adasının azad edilməsinin xatirəsinə həsr edən bürünc heykəlcik hədiyyə edib.