Modern.az

Millimiz Qırğızıstanla bərabərə qaldı

Millimiz Qırğızıstanla bərabərə qaldı

İdman

21 İyun 2023, 08:08

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.



Modern.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda Qırğızıstanın U-23 yığması ilə qarşılaşıb. "Dalğa Arena" oynanılan görüşdə qalib müəyyənləşməyib - 1:1.
 

Hesabı 61-ci dəqiqədə Murad Vəliyev açıb. Lakin qonaqlar 79-cu dəqiqədə Mirlan Berberdinovun qolu ilə məğlubiyyətdən qaçıblar.



Qeyd edək ki, Azərbaycanın U-21 yığması daha əvvəl türkiyəli həmyaşıdlarına 0:1 hesabı ilə uduzub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM