Modern.az

Hərbi helikopter çaya düşdü - Ölən və yaralananlar var

Hərbi helikopter çaya düşdü - Ölən və yaralananlar var

21 İyun 2023, 08:14

Kanada Kral Hərbi Hava Qüvvələrinə məxsus "Chinook" tipli hərbi helikopterin Ottava çayına düşməsi nəticəsində 2 əsgər həlak olub, daha 2 əsgər isə yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hərb helikopter yerli vaxtla saat 00:10 radələrində təlim uçuşu zamanı Ontario əyalətinin Petavava şəhərindəki hərbi baza yaxınlığında Ottava çayına düşüb.

 

Kanadanın baş naziri Castin Trüdo helikopterdə olan 2 əsgərin həyatını itirdiyini, 2 əsgərin isə yaralı olaraq qəzadan sağ çıxdığını bildirib. O qeyd edib ki, qəza ilə bağlı hərtərəfli araşdırma aparılacaq.

 

Qəzanın səbəbi hələlik məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi