Modern.az

Çin Pakistanda atom stansiyası tikəcək - 4,8 milyardlıq layihə

Çin Pakistanda atom stansiyası tikəcək - 4,8 milyardlıq layihə

21 İyun 2023, 08:32

Çin və Pakistan arasında Pəncab əyalətində 1200 MVt gücündə atom elektrik stansiyası tikmək üçün 4,8 milyard dollar məbləğində müqavilə imzalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

Sənəd Çinin Milli Nüvə Korporasiyası ilə Pakistanın Atom Enerjisi Komissiyası arasında bağlanıb.

 

Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, “Chashma 5” layihəsinin tikintisinə dərhal başlanılacaq və Çindən ilkin olaraq 100 milyon dollardan artıq vəsait alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi