Modern.az

Quterreş taxıl sazişini uzatmağa ÇAĞIRDI

Quterreş taxıl sazişini uzatmağa ÇAĞIRDI

21 İyun 2023, 08:38

BMT-nin Baş katibi Antonio Quterreş iyulun 17-də başa çatacaq taxıl sazişinin davam etdirilməsini təmin etmək üçün mümkün olan hər şeyi etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT Baş Katibliyinin bəyanatında bildirilir.

 

"BMT həm Qara Dəniz Təşəbbüsünün, həm də Rusiya Qida və Gübrə İxracına dair Anlaşma Memorandumunun həyata keçirilməsini dəstəkləməyə tam sadiqdir", - məlumatda deyilir.

 

Qeyd edilib ki, Dəniz Humanitar Dəhlizi vasitəsilə ərzaq ixracı 2022-ci ilin oktyabrında 4,2 milyon metrik ton olan pik göstəricinsənd may ayında 1,3 milyon metrik tona qədər əhəmiyyətli dərəcədə azalıb. Bu da keçən il Qara Dəniz Təşəbbüsünün başlanmasından bəri ən aşağı səviyyədir.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi