İranın cənub hissəsində 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 352 min nəfərin məskunlaşdığı Bəndər-Abbas şəhərindən 84 kilometr şimal-qərbdə yerləşir. Zəlzələ ocağı 40 kilometr dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar haqqında məlumat yoxdur.