Modern.az

Argentinada qarşıdurma: 100-ə yaxın yaralı var

Argentinada qarşıdurma: 100-ə yaxın yaralı var

21 İyun 2023, 10:24

Argentinanın şimalında yerləşən Jujuy əyalətində baş verən qarşıdurmalar zamanı 96 nəfər, o cümlədən 66 polis əməkdaşı yaralanıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, insident bir qrup etirazçının bölgənin yeni konstitusiyasının qəbulu mərasiminə müdaxilə etmək üçün əyalət qanunvericilik orqanının binasına zor gücü ilə daxil olmalarından sonra başlayıb.

 

İğtişaşlarda iştirakla əlaqədar 58 nəfər saxlanılıb. Hazırda faktla əlaqədar geniş araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi