Modern.az

Kolleclərə sənəd qəbulu başladı

Kolleclərə sənəd qəbulu başladı

Təhsil

17 İyul 2013, 09:58

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən bu gündən etibarən Azərbaycanda 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır.

TQDK-dan Modern.az-a verilən məlumata görə, ərizə qəbulu avqustun 15-də yekunlaşacaq.

Abituriyentlər bu müddət ərzində TQDK-nın rəsmi saytında "Abituriyentin elektron ərizəsi"ni doldurmalı və müvafiq sənədləri komissiya tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanlarına qeydiyyat 17-31 iyul tarixlərində aparılacaq. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək iş nömrəsi və şifr əldə edirlər. Bundan sonra abituriyentlər Seçmə Tura Qeydiyyat Komissiyasında qeydiyyatdan keçib TQDK tərəfindən müəyyən olunmuş ünvan, tarix və vaxtda seçmə turda iştirak etməlidirlər.

Qabiliyyət imtahanları 5-13 avqust tarixlərində keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı avqustun 25-də olacaq. Orta ixtisas təhsili müəssisələrinin boş plan yerlərinə ixtisas seçimi isə 9-12 sentyabr tarixlərində aparılacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım