İyulun 14-də III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri artıq bəllidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) dünən açıqladığı rəsmi məlumata əsasən, bu il III ixtisas qrupu üzrə qəbul imtahanlarında 4 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplayıb.
Modern.az saytı rekord nəticəyə imza atan abituriyentlərin kimliyini öyrənib və onları sizə təqdim edirik. Ən uğurlu nəticələrə nail olan abituriyentlər aşağıdakı “dördlük”dür:
İsmayılov Məhəmməd Şahin oğlu - Bakı şəhəri 258 saylı orta məktəbi bitirib.
Qafarova Flora Eldar qızı - Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyini bitirib.
Murğuzova Nərmin Sahib qızı - Tovuz rayonu Y.Sadıqov adına orta məktəbi bitirib.
Məmmədli Nərmin Rövşən qızı - Mingəçevir şəhəri 3 saylı orta məktəbi bitirib.
Qeyd edək ki, 700 bal toplayan abituriyentlərin dördü də bu ilin məzunlarıdır.
Aytən ƏLİYEVA