Modern.az

“Qarabağ”ın Çempionlar Liqasındakı mümkün rəqibləri

“Qarabağ”ın Çempionlar Liqasındakı mümkün rəqibləri

İdman

21 İyun 2023, 12:26

“Qarabağ” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, bugünkü püşkatmada “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” cütü birinci qrupda yer alacaq.

 

Təmsilçimizin yer aldığı cüt səpələnmiş olacaq. Qurban Qurbanovun yetirmələri mərhələ adlasa, üç variantdan biri ilə qarşılaşacaq.

 

Ağdamlılar “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya), “Rakuv” (Polşa) – “Flora” (Estoniya) və ya “Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütünün qalibi ilə görüşə bilər.

 

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Sizə yeni x var
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM