Modern.az

Deputat İlham Mirzəyevə görə Space TV-nin rəhbərini tənqid etdi

Deputat İlham Mirzəyevə görə Space TV-nin rəhbərini tənqid etdi

21 İyun 2023, 13:17

Milli Məclisin deputatı Etibar Əliyev Space TV-nin rəhbəri Vado Korovini tənqid edib.

 

Modern.az xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında status yazıb. O, bir müddət həbsdə olmuş aparıcı İlham Mirzəyevlə bağlı verilişin efirə verilməsinə etirazını bildirib.

 

"Space TV-nin rəhbəri Vado Korovin televiziyada islahatlara başlayıb. Bu televiziyada dələduzluqda itiham olunaraq həbs edilən İlham Mirzəyev haqqında veriliş efirə gedib. Görünür ki, Mirzəyevi televiziyaya qaytarmaq niyyətindədir. Mən elə bilirdim ki, Vado müəllim təhsilə, elmə aid proqramlar təşkil etməklə islahatlara başlayacaq. Ancaq gözləntilərimin əksi baş verdi. Yalançı elmə (rusca ljenauka) üstünlük verdi. Yəqin ki, yaxın günlərdə İ.Mirzəyev əlifbasını bilmədiyi "Psixologiya" elmini yenə də məsxərəyə qoyacaq, "darıxmayın”, “narahat olmayın”, “düzələr”, “Allah qoysa, yaxşı olar”, “çalışın stresə düşməyin” ifadələri ilə psixoloji məsləhətlər verəcək. Belə adamları danışdırmaqdansa, cizgi filmlərinin sayını çoxaltmaq lazımdır. Uşaqlar darıxır", -- parlamentari Space TV-nin rəhbərliyinə iradlarını çatdırıb.

 

"Bəhram Bağırzadə toyda fit çalır. Murad Dadaşov isə dərin düşüncələrə qərq olub. "Fil həkimi" məşhur sufi pritçasını oxusanız, məsələ sizin üçün də aydın olar. Bu təfəkkürlə hələ kənddən gələnlərə yuxarıdan aşağı baxırlar", - deyə Etibar Əliyev vurğulayıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər