Britaniya yaxın üç il ərzində Ukraynaya 3 milyard dollar məbləğində maliyyə yardımı edəcək.
Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynanın Yenidənqurma Konfransı zamanı deyib.
“Üç il ərzində biz 3 milyard dollar dəyərində kredit zəmanəti verəcəyik", - o deyib.
Sunak biznes platformasının qurulmasının vacibliyini qeyd edib. Bildirilib ki, platforma Ukraynaya lazım olan innovasiyaları və investisiyaları cəlb edə biləcək.