ABŞ Ukraynaya əlavə 1.3 milyard dollar yardım göstərəcək.
Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Londonda keçirilən Ukraynanın Bərpası Konfransında məlumat verib.
"Bərpa Ukraynanın təhlükəsiz, müstəqil, Avropa ilə tam inteqrasiya olunmuş, bütün dünya bazarlarına bağlı ölkə kimi inkişaf etməsi üçün təməlin qoyulmasıdır”, - Blinken deyib.
Onun sözlərinə görə, məbləğin 520 milyon dolları Ukraynanın enerji şəbəkəsinin əsaslı təmirinə, 657 milyon dolları isə sərhəd keçidlərinin, limanların, dəmiryol xətlərinin və digər mühüm infrastrukturun modernləşdirilməsinə sərf olunacaq.
Təxminən 100 milyon dollar sürəti artırmaq və korrupsiyanı azaltmaq üçün Ukraynanın gömrük və digər sistemlərinin rəqəmsallaşdırılmasına, digər 35 milyon dollar isə maliyyə və sığorta vasitəsilə Ukrayna biznesinə kömək etmək üçün istifadə olunacaq.