Modern.az

Ərdoğan Kılıçdaroğlunu ələ saldı - 16 masa da kifayət deyil

Ərdoğan Kılıçdaroğlunu ələ saldı - 16 masa da kifayət deyil

21 İyun 2023, 14:24

"Əvvəl 6 masa deyirdi, indi 16 masa deyir". 

 

Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun açıqlamasına münasibət bildirərkən söyləyib.

 

Türkiyə lideri deyib ki, onlar üçün 16 masa da kifayət deyil: "Daha da artırmaq lazımdır. Masada partnyorların təkrarlanması nəticə vermir. Bu insanlara iradə lazımdır. İş istəyir, xidmət istəyir. Yalanla heç bir yerə çata bilməyəcəksiniz. Qlobal güc mərkəzlərindən yaxşı nəticə əldə etmək üçün LGBT bəlasını qanuniləşdirməyə çalışdınız. Sən də, yanındakılar da LGBT tərəfdarısınız. Amma nə AK Partiyanın, nə MHP-nin, nə də digər üzvlərimizin belə bir problemi yoxdur". 

 

Qeyd edək ki, Kılıçdaroğlu altı yox, lazım olsa 16-lı masa quracağını açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi